AZ

ABŞ “Hizbullah”la münaqişə yaranacağı təqdirdə İsraili dəstəkləyəcək- CNN

ABŞ hakimiyyətinin nümayəndələri “Hizbullah”la genişmiqyaslı müharibə olacağı təqdirdə İsrailə yardım edəcəklərini bildiriblər. Eyni zamanda, Vaşinqton münaqişə zonasına ABŞ qoşunlarını göndərməyəcəyini də bəyan edib.

Azpost.info xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu həftə Vaşinqtonda yüksək rütbəli ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Entoni Blinkenlə İsrail nümayəndə heyətinin üzvləri arasında söhbət olub. Görüşdə amerikalılar İsrail nümayəndələrini “Hizbullah”la münaqişə yaranacağı təqdirdə lazımi təhlükəsizlik dəstəyini verəcəklərinə əmin ediblər. Lakin ABŞ hadisələrin bu inkişafında öz qoşunlarını göndərməyəcək.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
azpost.info

6Mənbələr