AZ

Avro-2024: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Avro-2024:

Bakı, 22 iyun, AZƏRTAC

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin I turunun ən yaxşı qolu bəlli olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin futbolçusu Mərt Müldürün Gürcüstan seçməsinin qapısından keçirdiyi top ən yaxşı seçilib.

“Fənərbağça”nın üzvü 25-ci dəqiqədə vurduğu baxımlı qolla matçda hesabı açmışdı.

“Ay-ulduzlular”ın digər futbolçusu Arda Gülərin qolu isə üçüncü sırada yer alıb.

Qeyd edək ki, görüş Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
4
azertag.az

5Mənbələr