AZ

Astanada çoxmərtəbəli bina yanır, vətəndaşlar təxliyə olunur

Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli bina yanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Kazinform" ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

Bina inzibati və qismən yaşayışlıdır. İlkin məlumatlara görə, xarici örtüyü yanır.

Bildirilib ki, yanğının söndürülməsinə 16 texnika və 72 canlı qüvvə cəlb olunub.

Hadisə yerində qərargah yaradılıb. Evakuasiya aparılır. Hazırda FHN-nin xilasediciləri 1-i uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.

Ölənlər barədə məlumat yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
5
operativmm.az

10Mənbələr