AZ

“Sona qədər gedəcəyik və lazım gələrsə...” - Putin bu ölkələri TƏHDİD ETDİ

Rusiya lideri Vladimir Putin Cənubi Koreyaya xəbərdarlıq edib.

Gundem.az bildirir ki, o, bu barədə rəsmi səfər üçün getdiyi Vyetnamın paytaxtı Hanoyda rus mətbuat nümayəndələri ilə görüşü zamanı danışıb. Şimali Koreya ilə həftənin əvvəlində imzalanan və xarici müdaxilə halında qarşılıqlı müdafiə əməkdaşlığını nəzərdə tutan müqaviləyə toxunan Putin, “İki müstəqil və suveren dövlət olaraq 1962-ci il müqaviləsini yenilədik”, - bildirib.

O, Seul rəhbərliyinə Kiyevə hərbi yardım ediləcəyi təqdirdə Şimali Koreyaya da silah verəcəkləri barədə xəbərdarlıq edib:

“Cənubi Koreyanın etdiyimiz razılaşmadan sonra Ukraynaya silah tədarük etməyə başlayacağı ilə bağlı açıqlaması onlara zərər verəcək. Şimali Koreyaya özünü müdafiə etmək üçün lazım olan silahları da veririk. Seul bu məsələdən zərərlə ayrılar”.

ABŞ və NATO-nun siyasətini də tənqid edən Putin, "Vaşinqton rəhbərliyi Rusiyanı Ukraynada məğlub etmək üçün dünya ölkələrinə təzyiq edir və böhran mərkəzlərinə müdaxilə edir. Bunu etməklə o, NATO-nun Asiya Sakit Okean regionuna köçürülməsi siqnallarını verir. Bu vəziyyət Rusiyanın milli təhlükəsizliyi ilə yaxından əlaqəli olduğundan, biz ehtiyat tədbirləri görməliyik. Onlar bilməlidirlər ki, nüvə doktrinamızda lazımi dəyişiklikləri etməyə və sona qədər getməyə hazır olacağıq”, - vurğulayıb.

Digər tərəfdən, ABŞ administrasiyası da Rusiya ilə Şimali Koreya arasında imzalanan müdafiə sazişindən narahat olduqlarını açıqlayıb. Gündəlik mətbuat brifinqində danışan ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, “Rusiya silahlarının Pxenyana tədarükü Koreya yarımadasında sabitliyi pozacaq və təmin etdikləri silahların növündən asılı olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacaq”, - söyləyib. (Sfera.az)

Seçilən
70
1
gundem.az

2Mənbələr