AZ

Messi AK-nın yeni rekordçusu oldu

İyunun 20-də ABŞ-də 48-ci Amerika Kuboku (AK) start götürdü.

Turnirin Atlantada keçirilən açılış oyunu son çempionun gözlənilən qələbəsi ilə nəticələndi.

qrup mərhələsi, 1-ci tur
A qrupu
Argentina – Kanada 2:0

Alvares, 49. Lautaro Martines, 88.

Argentina: E.Martines, Akunya (Talyafiko, 89), Molina (Montyel, 89), Lisandro Martines, K.Romero, Di Mariya (Lo Çelso, 89), Paredes (Otamendi, 75), De Paul, Makallister, Messi, Alvares (Lautaro Martines, 76).
Kanada: Krepo, Conston, Bombito, Kornelius, Devis, Bükenen (Şaffelberq, 59), Kone (Osorio, 85), Eştakio, Millar (Rassel-Rou, 85), Devid, Larin (Lareya, 80).

Argentina yığması debütant Kanadanı 2:0 hesabıyla məğlub etdi. İkinci hissədə Alvares ilə onu əvəzləyən Lautaro Martinesin vurduğu qollar argentinalıların inamlı qələbəsini təmin etdi. Sonuncu qolun ötürməsini verən Messi AK-da 35-ci oyununu keçirdi. 37 yaşlı hücumçu çilili Serxio Livinqstonu arxada qoyaraq turnirin yeni rekordçusu oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
football-plus.az

1Mənbələr