AZ

Akopyanın açıq geyimdə kafeyə gəlməsi tənqid olundu - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib.

News365.azxəbər verir ki, "Mamul" nəşri baş nazirin həyat yoldaşının İnstagram səhifəsində paylaşdığı videonu yayıb. Qeyd edilir ki, Anna Akopyan qızları ilə gəzintiyə çıxıb və daha sonra İrəvandakı kafelərdən birində səhər yeməyi yeyib.

Bu görüntülər sosial şəbəkələrin erməni seqmentində iki səbəbdən tənqid olunub. Birincisi iddia olunur ki, Paşinyan ailəsi sosial narazılıqların artması fonunda yenidən "demokrat" görüntüsü yaratmağa çalışır, xalqın içində daha çox görünmək istəyirlər.

Bundan başqa, Anna Akopyanın birinci xanımlara yaraşmayan geyimdə, hədsiz qısa bir şortda İrəvan küçələrini gəzməsi də narazılıq yaradıb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
news365.az

1Mənbələr