AZ

Maduro ölkəsindəki vəziyyətdən danışıb – Dövlət çevrilişi…

Venesuela prezidenti Nikolas Maduro ölkəsindəki vəziyyətdən danışıb.

NOCOMMENT.az xəbər verir ki, o, bildirib ki, sağçı müxalifətin küçə iğtişaşlarına çağırmaqla dövlət çevrilişi etmək cəhdinə dair sübutlar var.

Maduro iyulun 28-də keçiriləcək prezident seçkisinin nəticələrinin tanınması haqqında sazişi imzalamayan sağçı müxalifət nümayəndələrinə xəbərdarlıq edib.

Qeyd edək ki, Maduro da daxil olmaqla qeydə alınan 10 prezidentliyə namizəddən səkkizi xalqın səsvermə yolu ilə ifadə edilən iradəsini və Venesuela Milli Seçki Şurasının elan edəcəyi seçkinin nəticələrini tanımağa söz verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
nocomment.az

1Mənbələr