AZ

Nazir müavini: Dünənki sertifikatlaşdırma imtahanında kəsilənlərin sayı çox azdır

İyunun 21-də riyaziyyat fənni üzrə keçirilən sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsində iştirak edən müəllimlərdən kəsilənlərin sayı çox azdır. TehsilForumu.Az - "Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov media nümayəndələrinə açıqlamasında bildirib.  Nazir müavini qeyd edib ki, sertifikatlaşdırma prosesi 2022-ci ildən başlayıb və bu günə qədər 40 600 müəllim bu prosesdə iştirak edib. Onlardan ümumilikdə 88%-i uğur qazanıb ki, həmin şəxslərdən 21%-dən çoxu 51-60 bal arası bal toplayıb.  "Sertifikatlaşdırma prosesinin əsas məqsədi müəllimlərin mövcud bilik və bacarıqlarının ölçülməsi və bu nəticələrə müvafiq olaraq stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Bundan başqa, dünənki sertifikatlaşdırma prosesini də uğurlu hesab etmək olar. Belə ki, 8 mindən çox müəllim bu imtahanda iştirak edib, sadəcə çox az sayda imtahandan kəsilən var. Hesab edirik ki, bundan sonra da müəllimlərin təkmilləşdirilməsi prosesi daha yaxşı olacaq, nəticələri yüksələcək", - deyə F.Qurbanov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
tehsilforumu.az

1Mənbələr