AZ

Hindistan yoqanı Olimpiya Oyunlarına salmağa çalışır

"Yoqa Hindistanın populyarlığını artırmağa çalışdığı və Olimpiya Oyunları proqramına daxil etməyi planlaşdırdığı altı idman növündən birinə çevrilib".

News365.azxəbər verir ki, bu barədə The Independent məlumat yayıb. Qeyd edilir ki, Hindistanın İdman Nazirliyinin nəzdində olan komitə yoqa ilə yanaşı, kabaddi, xo-xo, şahmat, squash və T20 kriketini oyunların proqramına daxil etmək üçün tövsiyələr irəli sürəcək. Cənubi Asiya ölkəsi 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün də əlindən gələni əsrigəməyəcək. 

“Yoqanın da yarışlara daxil edilməsi ilə bağlı müzakirələr ötən ilin dekabrında, baş nazir Narendra Modinin Oyunlara ev sahibliyi etməkdə maraqlı olduğunu bildirməsindən iki ay sonra başlayıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına əsasən oyunların proqramına bir və ya bir neçə yeni idman növünün daxil edilməsinə icazə verir. Bu idman növləri müəyyən bir bölgədə populyarlığına görə təklif olunur.

Məsələn, Tokio 2020 təşkilat komitəsi proqrama beş yeni idman növünü, yəni sörfinq, karate, idman dırmanması, skeytbordinq və beysbol/softbol-u daxil edib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
news365.az

1Mənbələr