AZ

AÇ-2024: Polşa - Avstriya matçında bədbəxt hadisə

AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunun Polşa – Avstriya oyununda (1:3) tribunalarda bədbəxt hadisə baş verib.

Arena.az bu barədə DPA dərgisinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, oyunun keçirildiyi Berlinin “Olimpiaştadion”unda polyak azarkeş tribunada müvazinətini itirərək, təpəsi üstə yerə gəlib. Təxminən üç metrlik hündürlükdən kəllə-mayallaq olmuş kişi yerə dəyərək huşunu itirib. Zərərçəkmişin dadına dərhal yetişiblər. Stadionun xidmət heyətinin əməkdaşları zərərçəkmişi dərhal hadisə yerindən təxliyə edərək huşa gətiriblər. Daha sonra o, xəstəxanaya göndərilib.

Həkimlər kişinin müxtəlif dərəcəli xəsarətlər, o cümlədən ağır zədələr aldığını bildiribilər. Zərərçəkmişin səhhətinin sonrakı halı barədə təfərrüat hələ açıqlanmayıb.

Yeri gəlmişkən, Polşa – Avstriya matçından öncə polyak fanatlarla Almaniya polisi arasında münaqişə də yaşanıb. Hadisə nəticəsində Berlin polisi polşalı azarkeşi döyüb. Münaqişəyə polşalı fanatların hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə atması səbəb olub. Yerli polis isə qəzəbli azarkeşlərdən birinin çənəsinə yumruq vurub.

Xatırladaq ki, Polşa milli komandası AÇ-2024-də qrupdan çıxmaq şansını itirən ilk kollektiv olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
arena.az

1Mənbələr