AZ

Çalhanoğlu Almaniya nəhənginə keçir - Özü təsdiqlədi

İtaliya çempionu "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını Almaniyada davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Bild" nəşri yayıb.

Mənbənin məlumatına görə, futbolçu ilə "Bayern Münhen" danışıqlar aparır.

Bundan başqa, "TRT"nin idman müxbiri İbrahim Kırkayak iddia edib ki, o, Çalhanoğludan vəziyyəti soruşub və oyunçu həqiqətən də onun transferində "Bayern"in maraqlı olduğunu təsdiqləyib. 

"Internews.it" isə keçidin detallarını açıqlayıb. Müzakirə olunan təklif hər mövsüm üçün 8 milyon avro dəyərində dörd illik müqavilə və bonuslardan ibarətdir.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
fanat.az

2Mənbələr