AZ

Türkiyədəki meşə yanğınından ürəkdağlayan görüntülər: Can verən heyvanların iniltiləri ağlatdı

"Türkiyədə Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdağı rayonlarında baş verən və 12 nəfərin həyatını itirdiyi səbəbinə dair bütün ehtimallar araşdırılır".

Bu barədə Dicle Elektrik Agentliyindən xəbər verilib.

Qurumdan bildirilib ki, Diyarbakırın Çınar rayonunda başlayan yanğının elektrik paylanma xətlərindən qaynaqlanmadığını bildirmələrinə baxmayaraq, bəzi kommunikasiya orqanları tərəfindən belə açıqlamalar verilir. Bu isə elektrik xətlərində çalışan işçiləri çətin vəziyyətdə qoyur.

Qeyd edək ki, dünən baş verən faciədə ölənlərlə yanaşı, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan başqa, yüzlərlə heyvan alovların arasında diri-diri yanıb, sağ qalanlar isə ağrılar içində can verib. Sosial şəbəkələrdə bu faciə ilə bağlı görüntülər yayılıb.

Aralarında çoxlu sayda balaların da olduğu heyvanların çarəsiz iniltiləri o anları qeydə alan şəxsi göz yaşlarına boğub.

Türkiyədəki meşə yanğınından ürəkdağlayan görüntülər: Can verən heyvanların iniltiləri ağlatdı

Türkiyədəki meşə yanğınından ürəkdağlayan görüntülər: Can verən heyvanların iniltiləri ağlatdı

Mənbə: Haber Global

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
3
hakimiyyet.az

3Mənbələr