AZ

“Düşməni sevindirəcək sözlər deməyin” – Xameneidən prezidentliyə namizədlərə xəbərdarlıq

İranın Ali rəhbəri Seyid Əli Xamenei iyunun 28-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq namizədlərə xəbərdarlıq edib.

“AzPolitika” xəbər verir ki, o, prezidentliyə namizədlərin açıqlamalarına diqqət etməli olduqlarını vurğulayıb.

“Namizədlərin televiziyada keçirdikləri bu debatlar və ya ictimaiyyət qarşısında verdikləri açıqlamalar düşmənləri sevindirməməlidir. Düşməni sevindirəcək sözlər deməyin. Bu, mühüm məqamdır. Bəzən ölkəni, milləti, sistemi düşmənləşdirəcək fikirlər irəli sürülə bilər ki, bu, yolverilməzdir. Deyilən sözlər xalqın, ölkənin, sistemin düşmənlərini məmnun etməməlidir”, -deyə o bildirib.

Qeyd edək ki, İranda prezidentliyə namizədlər arasında debatlar dövlət televiziyası ilə canlı yayımlanır. Dünən baş tutan debat zamanı bəzi namizədlər dünyaya inteqrasiyanın olmaması, ayrı-seçkilik, internet qadağaları və məcburi hicab qaydalarını tənqid ediblər.

Müzakirələr zamanı xüsusilə mühafizəkar Tehran meri Əli Rza Zəkani islahatçıların yeganə namizədləri Məsud Pezeşkiyan və Mustafa Purmuhammedi ilə sərt polemikalar aparıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
azpolitika.info

1Mənbələr