AZ

Ukrayna və Moldova İsrail vətəndaşları üçün vizasız girişi ləğv edə bilər

İsrailin elektron icazə sistemini tətbiq etməsi Kiyev və Kişinyovda narazılıq yaradıb. Onlar ölkəni cavab məhdudiyyətləri tətbiq etməklə hədələyiblər.

Azpost.info xəbər verir ki, Ukrayna və Moldova İsrailin yeni tələblərinə cavab olaraq israillilər üçün vizasız girişi məhdudlaşdırmağı nəzərdən keçirir.

İndi turistlər səyahət etmək üçün elektron icazələrə ehtiyac duyacaqlar.

Kişinyov və Kiyevin fikrincə, İsrail hakimiyyətinin bu addımı əslində onların ölkələri arasında qüvvədə olan vizasız rejimi ləğv edir.

Moldovanın İsraildəki səfiri Aleksandr Roytman bildirib ki, ölkəyə giriş qaydalarında edilən dəyişikliklərə görə, onun ölkəsi simmetrik qərarlar qəbul etmək məcburiyyətində qalacaq.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
azpost.info

1Mənbələr