AZ

İsrailin Qəzza zolağına hücumları davam edir

İsrail ordusunun gecə boyu Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda çoxlu sayda insan ölüb və yaralanıb.

"Cebhe.info" TRT Haber-ə istinadən xəbər verir ki,İsrail ordusu top mərmiləri ilə Qəzza zolağını güclü bombardman edib.

Qəzzanın cənubundakı Rəfah şəhərində məcburi köçkünlərin çadırları da daxil olmaqla bir çox nöqtəyə hücumlar həyata keçirib. Ən azı 2 fələstinli ölüb, 10 nəfər isə yaralanıb.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyinin iyunun 20-də verdiyi açıqlamada, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517 uşaq və 10 min 279 qadın daxil olmaqla 37 min 431 fələstinlinin həyatını itirdiyini bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
cebheinfo.az

1Mənbələr