AZ

Quba və Qusarda güclü sel fəsadlar törədib

Güclü leysan yağışları nəticəsində Qubada Cağacıq, Qudyalçay və Ağçay çayları məcrasından çıxaraq daşıb. 

7Times.az xəbər verir ki, Cağaçıq çayının üzərindəki körpü qəzalı vəziyyətə düşüb, kənddə olan fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.

Rustov kəndini, Quba-Xınalıq yolunda yerləşən hotel ərazisini su basıb, turistlərin avtomobili suyun içində qalıb.

Qusarda Şahdağ-Ləzə yolu da güclü sel səbəbindən bağlanıb. Qusarçayın daşması yolu tamamilə dağıdıb. Güclü leysan yağışları nəticəsində Laza şəlaləsi daşıb.

Bölgə rayonlarına dəyən ziyan müvafiq komissiya tərəfindən araşdırılır.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.

Müşfiq Qərib

7Times.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
41
7times.az

10Mənbələr