AZ

Rusiya ABŞ-a danışıqlar üçün şərtlərini açıqladı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya ABŞ-la strateji silahların ixtisarına dair yeni sazişi (START) yalnız Vaşinqtonun Ukraynaya silah tədarükünü dayandıracağı və NATO-ya üzvlüyünə mane olacağı təqdirdə müzakirə etməyə hazır olacaq.

QAZÌLER.AZ  Publika.az-a istinaden  xəbər verir ki, bununla bağlı Medvedev “Teleqram” kanalında məlumt paylaşıb.

O qeyd edib ki, ABŞ Rusiya ilə strateji hücum silahlarının azaldılmasına dair yeni saziş üzrə danışıqlara çox ciddi yanaşır:

“Bu yalnız Ukraynaya silah verməkdən imtina etdikdən və onun NATO-da iştirakına mane olandan sonra mümkündür”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Xatırladaq ki, 21 fevral 2023-cü ildə prezident Vladimir Putin Moskvanın “START” müqaviləsində iştirakını dayandıracağını, lakin sazişdən çıxmayacağını elan edib.

Müqavilə çərçivəsində görüləcək işlərin müzakirəsinə qayıtmazdan əvvəl Putin qeyd edib ki, Rusiya tərəfi “START” müqaviləsində təkcə ABŞ-ın deyil, həm də NATO-nun digər nüvə güclərinin arsenallarını necə nəzərə alacağını başa düşməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
qaziler.az

10Mənbələr