Kapadokiyada sərnişinlərin olduğu isti hava balonu külək səbəbindən qayaların arasında ilişib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.
Xəbərdə, "Kapadokiyada külək səbəbindən göyərtəsində 22 nəfərin olduğu isti hava balonu yerə enərək qayaların arasında qalıb",- deyə bildirilib.
Bölgəyə həkimlər, polis və yanğınsöndürənlər göndərilib. Balonun içərisində olan insanlar xilas edilib.