AZ

Türkiyədə isti hava balonu qayaların arasında ilişib

Kapadokiyada sərnişinlərin olduğu isti hava balonu külək səbəbindən qayaların arasında ilişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Xəbərdə, "Kapadokiyada külək səbəbindən göyərtəsində 22 nəfərin olduğu isti hava balonu yerə enərək qayaların arasında qalıb",- deyə bildirilib.

Bölgəyə həkimlər, polis və yanğınsöndürənlər göndərilib. Balonun içərisində olan insanlar xilas edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
operativmm.az

1Mənbələr