AZ

“Şerif”in sabiq baş məşqçisi: “Zirə” keyfiyyətli oyun nümayiş etdirir

“Şerif”in

Bakı, 22 iyun, AZƏRTAC

“Bu, iki böyük komandanın qarşıdurması olacaq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Şerif” klubunun sabiq baş məşqçisi Roberto Bordin Moldova təmsilçisinin Avropa Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.

O, həmin matçlarla bağlı indidən proqnoz verməyin çətin olduğunu bildirib: “Hər iki komanda keyfiyyətli oyun nümayiş etdirir. Avropa Liqasının ilk matçları asan keçmir. Bu mərhələdə heç bir komanda hazır formada olmur. Çünki klublar heyətlərində yeniliklər edirlər. “Şerif” rəhbərliyi son illər böyük işlər görüb, rəqabətli komanda yaradıb. Onların avrokuboklardakı çıxışı buna sübutdur. Bizi iki maraqlı oyun gözləyir”.

Sabiq komandası “Neftçi”nin avrokuboklara vəsiqə qazana bilməməsinə də toxunan 60 yaşlı mütəxəssis məyusluğunu gizlətməyib: “Həqiqətən də “Neftçi”də indi hansı problemin olduğunu bilmirəm. Lakin böyük komandanın avrokuboklarda iştirak etməməsi məni təəssüfləndirir. Mən orada işlədiyim vaxtda “ağ-qaralar”ı Avropa Liqasına çıxarmışdım”.

Qeyd edək ki, “Zirə” “Şerif”lə ilk oyununu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
azertag.az

3Mənbələr