AZ

“Turan Tovuz”da yeni qapıçı

“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdiyev artıq Azərbaycana təşrif buyurub. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis özü ilə köməkçi məşqçi və qapıçılarla işləyəcək məşqçi də gətirib. Bundan əlavə, 71 yaşlı mütəxəssislə bərabər Qərb klubunda “əlcək sahibi” olacaq futbolçu Sergey Samok da gəlib. 23 yaşlı qolkiperin son klubu Rusiyanın I Liqasında çıxış edən KAMAZ komandası olub. Hazırda, Samok azad agent statusunda olan futbolçudur. Qeyd edək ki, “Turan Tovuz” ötən mövsümün sonunda 3 qapıçısı ilə yollarını ayırıb. Kamal Bayramov “Şamaxı”, Aydın Bayramov “Zirə”, Tərlan Əhmədli isə “Araz-Naxçıvan”la anlaşıb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
matc.az

1Mənbələr