AZ

Amerika kubokunda görünməmiş hadisə: Döyüşə “qoca”lar gedir

ABŞ-da keçirilən Amerika kubokunda yeni rekord qeydə alınıb.

İdman.biz xəbər verir ki, yarışın tarixində görünməmiş hadisə Peru – Çili matçında yaşanıb.

Amerika kubokunda ilk dəfə meydana 40 yaşdan yuxarı futbolçu çıxıb. Üstəlik, belə veteranların sayı bir deyil, iki olub.

Çilinin qapıçısı Klaudio Bravo 41 yaş 69 günlüyündə şans qazanıb. O, Amerika kuboku tarixində ən yaşlı futbolçu olub.

Perunun hücumçusu Paolo Gerrero 40 yaş 172 günlüyündə meydana çıxıb. O, turnirin tarixində ən yaşlı sahə oyunçusu, ümumilikdə ikinci futbolçusu olub.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə bitib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
idman.biz

2Mənbələr