AZ

Paşinyandan qonşulara ərazi iddiası ilə bağlı əmr: Sentyabrdan...

Nikol Paşinyan hökuməti Türkiyəyə qarşı ərazi iddiasını ehtiva edən “Qərbi Ermənistan” cəfəngiyyatından imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, Ermənistan hakimiyyəti təkcə Türkiyə yox, o cümlədən Azərbaycan və digər qonşu ölkələrə ərazi iddialarını əks etdirən bədnam “Tarixi Ermənistan” tezisini gündəmdən çıxarıb:

“Artıq hakimiyyət bu istiqamətdə yeni nəticələr də əldə edib. Bir neçə məktəbdən “Past”a daxil olan məlumata görə, yeni dərs ilindən “Erməni tarixi” fənninin tədrisinin daha aydın, həssas və sistemli həyata keçirilməsi nəzərdə tutulur. Tədris prosesində tarixi yer adları ilə bağlı məsələlərə xüsusi önəm veriləcək. Artıq İrəvanda bir neçə məktəbin müəllimlərinə “Qərbi Ermənistan” ifadəsini işlətmək qadağan edilib. Müəllimlərə bildirilib ki, bu haqda danışarkən “Türkiyənin şərqi” ifadəsi işlədilsin”.

Bundan əlavə, yeni tədris ilindən (sentyabr) Türkiyənin şərqini “Qərbi Ermənistan” adlandıran material, əyani təsvir və köhnə xəritələrdən istifadə qadağandır. Nəşr qeyd edir ki, bu əmrə əməl etməyən müəllimlərə direktorlar tərəfindən ayrı-ayrılıqda ciddi töhmət verilir, bu davranışlarına davam etsələr, işdən çıxarılacaqları ilə hədələnirlər.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
teleqraf.com

3Mənbələr