AZ

Santuş yubanacaq: onun yerli köməkçisinin kimliyi dəqiqləşməyib

Milli komandamızın baş məşqçisi Fernandu Santuş işə başlamamış vədinə xilaf çıxdı. Bakıdakı ilk mətbuat konfransında iyulun 28-dən ölkəmizə köçüb burada məskunlaşacağını deyən portuqaliyalı vətənində yubanacaq.

İndi bəlli olur ki, 69 yaşlı mütəxəssis ölkəmizə iyulun əvvəlində gələcək. Onunla yanaşı iki köməkçisi də Bakıda daimi qalmağa qərar verib. Digər köməkçilərin isə toplanış və oyunlar zamanı düşərgədə olması qərara alınıb. Lakin onların sayı bəlli deyil.

Santuşun azərbaycanlı köməkçilərinin sayı və kimliyi isə hələ dəqiqləşməyib. Santuş AFFA rəhbərliyi ilə məsləhətləşmədən sonra qərarını verəcək. Onun Canni de Byazinin vaxtıdan bu postda olan Arif Əsədovla yola davam etməsi mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
futbolinfo.az

1Mənbələr