AZ

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

Neftin qiymətində artım qeydə alınıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,50 ABŞ dolları, yaxud 0,57 % artaraq 88,49 ABŞ dolları təşkil edib.
AYNA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 85,24 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Seçilən
129
26
ayna.az

10Mənbələr