AZ

Qərb: Putinin şərtlərindən imtina etsələr…

Ekspert Kraner: Qərbin Putinin sülh şərtlərini qəbul etməməsi Ukraynanın dağılmasına səbəb olacaq.
Elchi.az xəbər verir ki, Qərbin Rusiyanın sülh təklifindən imtina etməsi yalnız Ukraynanın məhvinə gətirib çıxaracaq. Bu barədə ekspert Aleks Krayner Dialogue Works-ə müsahibəsində bildirib.
“Ukraynadan qalan şey yoxsul, dağılmış, dənizə çıxışı olmayan kötük dövləti, onu iqtisadi cəhətdən xilas etməli olan Avropanın gücləri arasında çəkişmə obyekti olacaq”- deyib.
Kraner qeyd edib ki, Ukraynanın müttəfiqlərinin Rusiya prezidenti Vladimir Putinin silahlı münaqişəyə son qoymaq təklifini qəbul etməməsi səbəbindən Ukrayna mühüm ərazilərini və Qara dənizə çıxışını itirəcək. Ekspert xəbərdarlıq edib ki, Qərb ölkələri digər ölkələri də hərbi əməliyyatlara cəlb etmək üçün eskalasiyaya səbəb ola bilər.
Bundan əvvəl Amerikanın Responsible Statecraft (RS) nəşrinin müxbiri Blez Malli İsveçrədəki sammitdən sonra Rusiya prezidentinin Ukrayna ilə danışıqlarda mövqeyinin sərtləşməsinə diqqət çəkib.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
elchi.az

1Mənbələr