AZ

Ronaldo ilə bağlı suala görə özündən çıxdı

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez mətbuat konfransında özündən çıxıb.

Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis 39 yaşlı hücumçu Kriştiano Ronaldonu bütün oyun zamanı istifadə etməyin nə dərəcədə məqsədəuyğun olduğu ilə bağlı suala qəzəblənib:

“Sizə sual verə bilərəm? Kriştianonun ötən mövsüm neçə dəqiqə oynadığını bilirsinizmi? Bənzər təcrübəniz varmı?

Futbol tarixində 6 Avropa çempionatında oynamış ikinci futbolçu yoxdur. Oyunçunun masaya nə gətirdiyini başa düşmək vacibdir. Kriştiano təcrübə, qol vurma və açılış qabiliyyətinə sahibdir. Ronaldo milli komandadadır, çünki o, burada olmağa layiqdir. Sadəcə onun nə etdiyinə və son yarışlarda nələr əldə etdiyinə baxın”.

Xatırladaq ki, ötən mövsüm 39 yaşlı hücumçu bütün klub turnirlərində 4064 dəqiqə meydanda olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
publika.az

2Mənbələr