AZ

ABŞ Rusiya vətəndaşlarına viza mərkəzlərini ləğv edir

ABŞ Rusiya vətəndaşları üçün nəzərdə tutulan viza mərkəzlərini ləğv edir. Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun verdiyi açıqlamada deyilir.

Antonovun sözlərinə görə, ABŞ Rusiya viza mərkəzinin ölkədəki hər iki filialını bağlamaq barədə qərar qəbul edib. O, bunun səfirliyin işini artıracağını, lakin rusiyalı vətəndaşlara konsulluq vasitəsilə lazımi köməkliyin ediləcəyini söyləyib.

Bundan əlavə ABŞ rusiyalı diplomatları vergi güzəştlərindən məhrum edib və bununla bağlı onlara verilən kartları əllərindən alıb. Bu kartlar istənilən ölkədə diplomatlara imtiyazlar verir və onlar bundan hər yerdə faydalana bilirdilər.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
oxumeni.az

1Mənbələr