AZ

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı dayandırılıb

Burkina-Fasoda

Paris, 22 iyun, AZƏRTAC

Burkina-Faso hökuməti ölkədəki təhlükəsizlik vəziyyəti ilə bağlı qərəzli şərhlər yaydığına görə Fransanın “TV5 Monde” kanalının yayımına qadağa qoyub. Həmçinin telekanal 76 min avro məbləğində cərimə edilib.

AZƏRTAC xəbər verir ki, “TV5 Monde”nin yayımı ölkədə hərbi kazarmada üsyan olması ilə bağlı yalan məlumata görə dayandırılıb.

Burkina-Faso Silahlı Qüvvələrinin baş qərargah rəisi “TV5 Monde” kanalının yaydığı məlumatdan sonra sosial şəbəkələrdəki şayiələri əsassız və yalan adlandırıb.

Xatırladaq ki, “TV5 Monde” kanalının yayımı cari ilin aprelində də iki həftəlik müddətə dayandırılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
azertag.az

1Mənbələr