AZ

Sel nəticəsində ölənlərin sayı 30-a çatıb

Mərkəzi Amerika ölkələrində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 30 nəfər həyatını itirib.

"Cebhe.info" xəbər verir ki, Mərkəzi Amerika ölkələri El Salvador, Honduras və Qvatemalada yağan güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub.

El Salvadorda çərşənbə axşamı baş verən sürüşmə nəticəsində ölənlərin sayı 19-a çatıb. Ölkədə 3 mindən çox insan sığınacaqlara yerləşdirilib.

Qvatemalada səlahiyyətlilər leysan yağışlar səbəbindən 10 nəfərin öldüyünü, 11 min insanın təxliyə edildiyini bildirib.

Səlahiyyətlilər müvəqqəti sığınacaqlarda qalanların sayının təqribən 380 nəfər olduğunu və 4 körpünün dağıldığını qeyd edib.

Hondurasda isə son 24 saatda 1 nəfər ölüb, daşqın səbəbindən 1200-dən çox insan təxliyə edilib. Yağışlar nəticəsində 200 evə ziyan dəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
cebheinfo.az

1Mənbələr