AZ

Bu gün AVRO-2024-ün qrup mərhələsində II tura yekun vurulacaq - Yenilənir

Bu gün AVRO-2024-ün qrup mərhələsində  E və F qruplarında ümumilikdə üç qarşılaşma keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, ilk olaraq, F qrupunda Gürcüstan və Çexiya yığmaları üz-üzə gələcək. Bu oyun Bakı vaxtı ilə saat 17:00-da Hamburqda, "Volksparkstadion"da baş tutacaq. Oyunun baş hakimi almaniyalı Daniel Siebert olacaq.

Günün diqqət çəkən digər oyunu isə Türkiyə milli komandasının iştirakı ilə olacaq. Vinçenzo Montellanın rəhbərlik etdiyi Türkiyə yığması Portuqaliya ilə qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da Dortmundda, "Signal Iduna Park"da keçiriləcək və almaniyalı baş hakim Felix Zwayer tərəfindən idarə olunacaq. İlk turda F qrupunda Portuqaliya Çexiyanı, Türkiyə isə Gürcüstanı məğlub edib.

E qrupunda isə günün son qarşılaşması Belçika və Rumıniya yığmaları arasında baş tutacaq. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da Kölndə, "RheinEnergieStadion"da start götürəcək və polşalı baş hakim Szymon Marciniak tərəfindən idarə olunacaq. Bu matç Belçika üçün çempionatda gözlənilməz məğlubiyyətin ardından vacibdir, Rumıniya isə qələbə ilə 1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin üçüncü turunun oyunları iyunun 26-da keçiriləcək.

Seçilən
157
1
90deqiqe.az

2Mənbələr