AZ

Füzulidə 129 milyon manatlıq tikinti tenderi elan olundu - ŞƏRTLƏR

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti açıq tender elan edir.

Bu şirkət Ağdamda 102 mənzil tikintisi müqabilində 13,6 milyon - QAZANACAQ

FED.az xəbər verir ki, elanda  Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması  nəzərdə tutulub.

Müsabiqədə iştirak haqqı 10 000  manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 3201635961

Satınalan təşkilatın ünvanı: Ağdam şəhəri

Ehtimal olunan qiymət: 129 650 280 AZN

Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 21.06.2024 18:49

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.08.2024 16:00

Zərflərin açılış tarixi və vaxtı: 06.08.2024 16:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Tural Rzayev, Baş məsləhətçi

Email : [email protected]

Əlaqə telefonu : +994 12 526 47 90

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
fed.az

1Mənbələr