AZ

Bakıda avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində 1 nəfərin köməyə ehtiyacı yaranması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “KAMAZ” markalı yük avtomobilinin yol kənarına çırpılması nəticəsində sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1955-ci il təvəllüdlü Zülfiqarov Fikrət Ələddin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
7
apa.az

8Mənbələr