AZ

Yağış ara vermir, fermerlər ziyanda: Qiymətlər bahalaşacaq?

Son günlər ölkədə qeyri-sabit hava şəraiti davam edir. Leysan xarakterli yağış yağır, güclü külək əsir, bölgələrə tez-tez dolu düşür. Yağıntılı hava şəraitinin daha bir neçə gün davam edəcəyi gözlənilir. 

Qeyri-sabit hava şəraiti meyvə-tərəvəzin yığımına və məhsuladarlığa mənfi təsir edir. Hazırda regionlarda meyvə və tərəvəzin yığım vaxtıdır. Lakin yağıntıların intensiv şəkildə davam etməsi, kəndlilərin məhsuldarlığına ciddi zərər vurur. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, yağıntılar səbəbindən rayonlarda məhsul yığımı gecikdir:  Sayt yaratmaq

“Hazırda regionlarda yağış və dolunun yağması meyvə-tərəvəzin yığımına təsir göstərir. Bu cür yağıntılar zamanı məhsul yığımı gecikir. Yığım gecikdikdə isə yetişmiş meyvələrin vaxtı keçir. Məlum olduğu kimi, bazara çıxarılan meyvələr nisbətən tam yetişmədən öncəki fazada yığılır. Yığıla bilməyən məhsul isə artıq sıradan çıxır. Amma dolu düşən yerlərdə isə ümumiyyətlə istər yetişmiş, istərsə də hələ kal olan meyvələrin hamısı tökülür. Bu isə təbii ki, məhsuldarlığı aşağı salır”. 

Ekspert yağıntıların təkcə meyvə-tərəvəzlərə deyil, taxıl yığımına da ciddi zərbə vurduğunu qeyd edib: 

“Yağıntılar həm meyvə və tərəvəzlərin yığımını əngəlləyir, həm də onları ağacdan, koldan yerə salır. Digər tərəfdən kənd təsərrüfatı təkcə meyvə-tərəvəzdən ibarət deyil. Hazırda taxıl biçini vaxtıdır. Bu cür yağıntılar biçin prosesini əngəlləyir. Yağışlı havada biçin mümkün deyil. Çünki öncə gün çıxmalı və sünbüllər qurumalıdır. Əks təqdirdə məhsuldarlıq söhbət gedə bilməz. Dolu və yağış eyni zamanda heyvandarlıq üçün olduqca önəmli olan ot və yonca biçimini əngəlləyir. Ümumi götürsək, yağıntılar məhsul yığımı vaxtı ciddi zərərlərə səbəb olur”. 

Sonda mütəxəssis yağıntılı hava şəraitinin hənd təsərrüfatı məhsullarının qiymətinə təsirsiz ötüşməyəcəyini bildirib. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
yenisabah.az

2Mənbələr