AZ

“ABŞ-nin hərbi gəmisi Putinin Pxenyana səfərindən sonra Cənubi Koreyada göründü

Amerika Birləşmiş Ştatlarının " Teodor Ruzvelt " nüvə təyyarədaşıyan gəmisi Cənubi Koreyanın Busan şəhərinin limanında peyda olub. 

Redaktor.az “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, gəmi cənub-şərqdə yerləşən Busan dəniz limanına Şimali Koreyanın artan təhdidlərinə qarşı güc nümayişi çərçivəsində gəlib.

Həmçinin sözügedən gəmini iki “Aegis” ilə təchiz edilən esmines müşayiət edib.

“Teodor Ruzvelt” gəmisi 2023-cü ilin noyabrından bəri ilk dəfədir ki, Cənubi Koreya limanına gəlib.

Yusif SƏMƏDZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
redaktor.az

1Mənbələr