AZ

"İslamın qohum evliliyini qadağan etməməsi təəccüblüdür" - Sosioloq

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evlənməsini qadağan edən layihə birinci oxunuşda təsdiqlənib. Bildirilir ki, qanun layihəsi 1 il sonra qüvvəyə minəcək.

Bakupost.az -a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu illərdir ki, qohum evliliklərinin qarşısının alınması üçün iş aparıldığını vurğulayıb.

Sosioloq qeyd edib ki, bu qanunun qəbulu ilə məsələni bitmiş hesab etmək olmaz:

"Qanun layihəsinin qəbul olunmasında yəqin ki, mənim də rolum var. Çünki illərdir ki, qohum evliliyinin qadağan olunmasını öz müşahidələrimlə əsaslandırmışam. Amma sadəcə olaraq bu məsələni qanun qəbul etməklə bitirmək olmaz. Maarifləndirmə işi də aparılmalıdır. Mən bunu daim tələbələrimə də izah etmişəm. Maariflənmə işinə din xadimlərini də qoşmaq lazımdır”.

Ə.Qəşəmoğlu deyib ki, qohum evliliklərinin İslamda qadağan edilməməsi onu daim düşündürüb:

“Mən buna həmişə təəccüb edirəm. Çünki İslam dinində bədənə, sağlamlığa ziyan verən hər şey haram buyurulur. Amma qohum evliliyi haqqında əksinə danışırlar”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, qohum evliliyin təhlükəsinə görə hamilə qadınlar uşaq doğulana qədər həyəcan içində olur:

“Hamı bilir ki, qohum evliliklərindən uşaq xəstə doğula bilər. Ona görə dəbətnində uşaq gəzdirən qadın 9 ay boyunca gərginlik içində yaşayır. Bunun özü də uşağa zərbə vura bilər.

Belə evliliklərə görə xristian aləmi bizə gülür. Ona görə də qohum evliliklərinin təhlükəli olduğunu qız və oğlanlara uşaq yaşlarında təbliğ etmək lazımdır ki, onların bir-birilərinə qarşı sevgi hissləri formalaşmasın”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
bakupost.az

2Mənbələr