AZ

Anatoli Nuriyev Almaniyada əməliyyat olundu

Futbol üzrə Azərbaycan milli komandasının və “Sabah”ın hücumameyilli yarımmüdafiəçisi Anatoli Nuriyev əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub. Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.

Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.

Xatırladaq ki, Anatoli Nuriyev 2022-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. 28 yaşlı yarımmüdafiəçi paytaxt klubunun heyətində indiyə qədər 70 oyuna çıxıb, 10 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Nuriyev daha öncə Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib – 5 oyun, 1 qol və 1 assist. Yarımmüdafiəçi Azərbaycana gələnə qədər Ukraynanın “Minay”, “Kolos”, və “Stal” klublarının uğurları üçün çalışıb.

Nuriyev 2021-ci ildən Azərbaycan milli komandasında da forma geyinir. O, həmin ilin mart ayında debüt etdiyi yğmamızda indiyə kimi 14 oyuna çıxıb, 1 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
arena.az

1Mənbələr