AZ

Hindistanın Türkiyədəki səfiri öldü

Hindistanın Türkiyədəki səfiri Virander Paul vəfat edib .

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahamanyan Ceyşankar açıqlayıb.

Nazir səfirin ölümünün Hindistan XİN üçün böyük itki olduğunu bildirib. S.Ceyşankar V.Paulun fədakarlığına və fəaliyyətinə həmişə heyran olduğunu, onun çoxsaylı töhfələrini yüksək qiymətləndirdiyini bildirib. Nazir səfirin ailəsinə dərin hüznlə başsağlığı verib.

Məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən səfir müalicə üçün Hindistana aparılıb və orada vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
axar.az

3Mənbələr