AZ

İsrail və Ukrayna arasında gərginlik artır

Ukraynanın İsraildəki səfirliyi bəyan edib ki, İsrail ukraynalılara yeni səyahət məhdudiyyətləri tətbiq edəcək və Ukrayna buna cavab verəcək.

Turkustan.az xəbər verir ki, iyulun 1-dən etibarən İsrailə vizasız daxil olmaq istəyən ukraynalılar elektron səyahət icazəsi üçün müraciət etməli olacaqlar.

Ukraynanın İsraildəki səfirliyi bu qərarı belə izah edib: "Bu yeni tənzimləmə 2010-cu ildən bəri qüvvədə olan vizasız giriş rejiminə faktiki olaraq son qoyur. Bunun müqabilində Ukrayna İsrail vətəndaşlarına da oxşar qabaqcadan icazə tələbləri tətbiq edəcək."

İsrailin bu qərarı Çerkassıdan həcc ziyarətinə gələcək minlərlə Hasidik yəhudiyə mənfi təsir göstərəcək.

Səfirlikdən verilən açıqlamada İsrailin dialoqa dəvət edildiyi bir vaxtda “Ukraynalıların ölkəyə girişinin məhdudlaşdırılması və çoxlu ukraynalının ölkəyə daxil olmasına icazə verilməməsi iki ölkə arasında münasibətləri gərginləşdirir” deyilir.

Bu yaxınlarda İsrailə daxil olmaq istəyən bir çox ukraynalı vizasız giriş hüquqlarına baxmayaraq qapıdan geri qaytarıldı.

Kiyev administrasiyasının bu qərara israillilərin Ukraynaya vizasız getmək hüququnu dayandırmaqla cavab verəcəyi gözlənilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
turkustan.az

2Mənbələr