AZ

Ölkədə plastmas ixracı və idxalı azalıb

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycan 163, 838 milyon ABŞdolları dəyərində 180 756 ton plastmas və ondan hazırlananməmulatlar ixrac edib.

Bu barədə Trend-ə DövlətGömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiqolaraq 19,03% və 19,7% azdır.

Hesabat dövründə ölkənin ümumi ixracının 1,47%-i, qeyri-neftsektoru ixracının isə 12,99%-i plastmas və ondan hazırlananməmulatların payına düşüb.

Beş ayda Azərbaycana 206,449 milyon ABŞ dolları dəyərində 117059 ton plastmas və ondan hazırlanan məmulatlar idxal edilib ki, buda illik müqayisədə müvafiq olaraq 3,9% və 0,4% azdır.

Dövr ərzində sözügedən məhsulların idxalının ölkənin ümumiidxalında payı 2,83% olub.

Məqalədə:
Seçilən
92
5
az.trend.az

6Mənbələr