AZ

“Çox səbirli olmalıyıq” – Montella Portuqaliya ilə oyun öncəsi mətbuat konfransı keçirib + VİDEO

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella AVRO 2024-ün F qrupunun favoriti hesab olunan Portuqaliya ilə çətin görüş öncəsi mətbuat konfransı keçirib.

“AzPolitika” xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran italiyalı çalışdırıcı topa sahib olaraq, səbrli oyun oynamağa çalışacaqlarını bildirib:“Biz yalnız öz performansımıza diqqət yetirəcəyik və işimizi ən yaxşı şəkildə etməyə çalışacağıq. Öz oyunumuzu ortaya qoymaq üçün çox səbirli olmalıyıq. Təbii ki, topa sahib olmaq istəyirik. Çünki Portuqaliya həmişə topa sahib olmaq istəyən bir komandadır və rəqib komandalar topa sahib olan zaman çox narahat olurlar”.

Müdafiəni gücləndirməli olduqlarına işarə edən Montella daha sonra sözlərinə bu cür davam edib:“Biz daha yaxşı müdafiə olunmalıyıq. Bu cür oyun nümayiş etdirmək isə hücumçularımızdan başlayır. Bunu bacarsaq, müdafiədə gözlənildiyi qədər çətinlik çəkməyəcəyik. Müdafiədə yaxşı olandan sonra hücum oyunçularımızın nə qədər yaxşı işlər gördüklərini bilirik”.

Montella 19 yaşlı gənc ulduz Arda Gülərin sabah oynayıb-oynamayacağı ilə bağlı suala isə hələ qərar vermədiyini bildirib.

Montella komandasında Portuqaliyada olduğu kimi çox keyfiyyətli futbolçuların olduğunu qeyd edib.

Qeyd edək ki, F qrupunun ilk matçında Gürcüstan üzərində 3-1 hesabı ilə qələbə qazanan “ay-ulduzlular” bu gün Bakı vaxtı ilə saat 20:00-da Portuqaliya millisi ilə ikinci görüşünü keçirəcək. Qrupun digər oyunu isə saat 17:00-da Çexiya və Gürcüstan milli komandaları arasında baş tutacaq. Hazırda Türkiyə və Portuqaliyanın 3, Gürcüstan və Çüxiyanın isə 0 xalı var.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
azpolitika.info

1Mənbələr