AZ

Yunanıstanda meşə yanğınları: Ölən var

Yunanıstanda son 24 saat ərzində 64 yerdə meşə yanğınlarının baş verdiyi, yanğınlarda bir nəfərin öldüyü bildirilib.

Yenicag.az xəbər verir ki, ölkənin dövlət televiziyası ERT-nin xəbərinə görə, Mora yarımadasının Hanakia İlias bölgəsində baş verən yanğının alovları bir kəndə yaxınlaşıb.

Yanğının yaxınlığında 54 yaşlı kişi evin qarşısında ölü tapılıb. Həyatını itirən şəxsin üzərində heç bir yanıq izi olmadığı, ölümə səbəb kimi onun yanğın nəticəsində keçirdiyi şok ola biləcəyi bildirilib.

Qeyd olunub ki, havanın temperaturu 40 dərəcəyə yaxınlaşan, küləyin sürətinin bəzi yerlərdə saatda 95 kilometrə çatdığı Yunanıstanda son 24 saat ərzində ölkə üzrə 64 fərqli yerdə meşə yanğınları baş verib.

Yanan ərazilərə yaxın bir çox yaşayış məntəqəsində yaşayan insanlar ehtiyat tədbiri olaraq təxliyə ediliblər. Yanğın zamanı çoxlu zeytun bağları və əkinçilik sahələri də məhv olub.

Yanğınlarda bəzi kəndlərdə də evlərə ziyan dəydiyi bildirilib.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
yenicag.az

1Mənbələr