AZ

Turan Manafov: “Həm yerli klublardan, həm də ölkə xaricindən təkliflərim var”

"Baş məşqçimiz Azər Bağırovun gözlənilmız istefasından sonra mən də özüm üçün komandada qalmayacağımı qətiləşdirmişdim. Sadəcə, mövsümün bitməsini gözlədim. Hazırda azad agentəm. Həm yerli klublardan, həm də ölkə xaricindən təkliflərim var". Bu sözləri Sport24.az-a açıqlamasında Turan Manafov deyib.
 
Mövsümlərarası fasilədə "Araz-Naxçıvan"dan ayrılan müdafiəçi tələsik qərar vermək istəmədiyini də bildirib: "Tələsmək istəmirəm. Hələlik dəvətləri nəzərdən keçirir və istirahət edirəm. Ümid edirəm ki, sonda seçimdə səhvə yol verməyəcəm".
 
Manafov hazırda davam edən AVRO-2024-lə də bağlı fikirlərini bölüşüb: "Konkret azarkeşlik etdiyim komanda yoxdu. Sadəcə, bizə yaxın olduğuna görə, Türkiyə millisinin maksimum irəli getməsini istəyərdim. Ancaq bu günə kimi izlədiyim oyunalara əsasən  Portuqaliya, Almaniya və İspaniyanın favorit statusunu doğrultduğunu düşünürəm. Məncə, bu 3 millidən biri finala yüksələcək". ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
sport24.az

1Mənbələr