AZ

Xətai Tibb Mərkəzində təlim keçirilib

Xətai Tibb Mərkəzində tibbi xidmət üzrə keyfiyyət standartlarını təkmilləşdirmək məqsədi ilə “Təcili Yardım şöbəsində triajın təşkili və aparılması sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlim keçirilib. 

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”-nin Təlim və Tədqiqatlar Departamenti, Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi və Xətai Tibb Mərkəzinin Keyfiyyətə Nəzarətin İdarəedilməsi komitəsinin təşəbbüsü ilə keçirilən təlimdə komitənin rəhbəri Sevda Əliyeva, klinik protokolların tətbiqi üzrə Xətai Tibb Mərkəzinin məsul şəxsi, nevroloq Günel Adıgözəlova və mərkəzin tibbi heyəti iştirak edib.


Tədbirdə təlimçi qismində çıxış edən Abşeron RMX-nın TTTY şöbəsinin müdiri Cavanşir Məhərrəmov TTTY şöbəsinə daxil olan xəstələrə düzgün və vaxtında təcili yardım göstərmək üçün ilk növbədə onların prioritet sırasını müəyyən etmək lazım olduğunu deyib. Təlimçi görülən tədbir zamanı bu işin təşkilində həkimlərin diqqət edəcəyi əsas məsələlərin üzərində xüsusi dayanıb.

 

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
aztibb.az

1Mənbələr