AZ

Makronun reytinqi tarixi minimuma enib - Partiyası üçüncüdür

Fransa Prezidenti Emmanuel Makronun reytinqi iki turdan ibarət parlament seçkilərinin başlamasına bir həftə qalmış 6 bənd azalaraq tarixi minimuma enib. “AzPolitika”xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Son sorğuların nəticələrinə görə, Marin Le Penin ifrat sağçı “Milli birlik” partiyasına dəstək 38%-ə yüksəlib, solçu Yeni Xalq Cəbhəsi isə 29% dəstək alıb. Makronun rəhbərlik etdiyi “Dirçəliş” qrupu cəmi 22% səslə üçüncü yeri tutub.

Xəbər verildiyi kimi, Makron partiyasının Avropa Parlamentinə seçkilərdəki məğlubiyyətindən sonra ölkə parlamentini buraxıb və növbədənkənar parlament seçkiləri təyin edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Onu da qeyd edək ki, Marin Le Pen parlament seçkisindən sonra Makronun istefa verməsi zərurətinin yaranacağını deyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
azpolitika.info

10Mənbələr