AZ

Hindistanda saxta spirtli içkidən zəhərlənən 55 nəfər ölüb

Hindistanda

Bakı, 22 iyun, AZƏRTAC

Hindistanın Tamilnad ştatında saxta spirtli içkilərdən zəhərlənərək ölənlərin ümumi sayı 55 nəfərə çatıb, 88 nəfər isə xəstəxanalara yerləşdirilib.

AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, hadisə ştatın inzibati mərkəzi Çennaidən təxminən 250 kilometr məsafədə yerləşən Kallakuriçi şəhərində baş verib.

Regionda spirtli içkidən zəhərlənmə və ilk ölüm halları iyunun 18-də qeydə alınıb. Polis orqanları saxta alkoqollu içki istehsal edən və satan bir neçə şəxsi həbs edib, tərkibində metanol aşkarlanan 200 litrdən çox spirt müsadirə olunub.

Yerli hakimiyyət orqanları ölənlərin ailələrinə 1 milyon rupi (12 min dollar) həcmində təzminat ödəyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
azertag.az

1Mənbələr