AZ

Əvəz Qocayev: Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisi aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Əvəz Qocayevin qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdığı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Əvəz Qocayevin adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Əvəz Qocayevin kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Əvəz Qocayev bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.Azərbaycan Respublikası Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. Bu istiqamətdə mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də inşası davam etdirilən Xankəndi-Şuşa-Laçın avtomobil yoludur. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında qazma işləri davam etdirilir.Eyni zamanda layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.Xankəndi-Şuşa-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.YOLUNUZ AÇIQ OLSUN…

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
patriot.az

1Mənbələr