AZ

15 sərnişinin olduğu mikroavtobus dənizə düşmə təhlükəsi ilə ÜZ-ÜZƏ qalıb

Primorsk diyarında 15 sərnişini olan avtobus estakadadan dənizə düşmə təhlükəsi ilə üz-üzə qalıb. Sürücü son anda vəziyyətdən çıxa bilib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, turist mikroavtobusu dənizə gəlib və Zarubino kəndindəki estakadada dayanıb. Sürücü maşını saxlayanda sərnişinlərdən biri diqqətini yayındırıb.

Sürücü sərnişinə tərəf dönüb və avtobusun estakadadan necə çıxaraq ön hissəsinin dənizin üstündə asılı vəziyyətdə qaldığına fikir verməyib.

Xoşbəxlikdən sərnişinlər və sürücü oradan çıxa bilib. Gələn polis əməkdaşları Sollera Atlant avtobusunu idarə edən 63 yaşlı kişini saxlayıb və polis şöbəsinə aparıblar. O, ayıq idi. Sərnişinlər başqa avtobusla Vladivostoka yola düşüblər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
bizim.media

1Mənbələr