Bakının “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalının qarşısında təmir işləri aparılır. Bununla əlaqədar olaraq Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri də müvəqqəti dəyişdirilib.
Sfera.az-ın əməkdaşı ərazidən fotoreportaj hazırlayıb. Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, dəyişikliyə əsasən, iyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir. 1, 46, 125 və H1 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi 28 May küçəsində (S.Vurğun bağı); 21, 30, 32, 49 və 175 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Dilarə Əliyeva küçəsində (S.Vurğun bağı); 14 və 88A nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişmədə) 4, 5 və 88 nömrəli avtobus marşrutlarının aralıq dayanacaq məntəqəsi Azadlıq prospektində (ADNSU-nun yanı) təyin edilib.
Günay
Fotolar: Anar Bayramlı