AZ

Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 %-ə yüksəlib

Bu ilin ilk 5 ayında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 %-ə yüksəlib.

Bu barədə Energetika Nazirliyi Dünya Bərpa Olunan Enerji Günü ilə bağlı yaydığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 1748,6 MVt-dır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 %-ni təşkil edir.

Qeyd edək ki, Dünya Bərpa Olunan Enerji Günü ilk dəfə 22 iyun 2019-cu il tarixində qeyd edilib. Bu günün keçirilməsində əsas məqsəd maarifləndirmə aparmaqla ənənəvi enerjidən ekoloji təmiz yaşıl enerjiyə keçidi təşviq etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
7
banker.az

10Mənbələr